Rusiyanın Ukraynaya təcavüzündən sonra NATO missiyası çərçivəsində Şərqi Avropa ölkələrində yerləşdirilmiş ABŞ hərbi qüvvələrinə “hazır ol” əmri verilib.
Teleqraf.com xəbər verir ki, Polşa Rusiyanın Ukraynaya hərbi müdaxiləsinə görə NATO-nun şərq cinahını gücləndirməyə çağırıb.
“NATO-nun şərq cinahını təcili olaraq gücləndirmək lazımdır. Belə qərarlar indi qəbul edilməlidir", - Polşa hökumətinin sözçüsü Pyotr Müller deyib.
Müller həmçinin qeyd edib ki, Polşanın Ukraynadakı diplomatik nümayəndəlikləri mümkün qədər uzun müddət açıq saxlanılacaq.
ABŞ müdafiə naziri Lloyd Ostin Rusiya-Ukrayna böhranının kəskinləşməsindən sonra Polşaya əlavə 3000 hərbçi göndərilməsi barədə göstəriş verib.