Rusiya Belarusun əməliyyatlarda iştirakı məsələsini qaldırmayıb.
Teleqraf.com xəbər verir ki, bunu Belarus Prezidenti Aleksandr Lukaşenko bildirib.
Lukaşenko Ukrayna ilə sərhəddəki vəziyyətdən də danışıb. O deyib ki, Ukrayna ilə sərhəddə vəziyyəti nəzarət altındadır: “Ukrayna ilə sərhəddə kifayət qədər qüvvə və vasitə var, lakin provokatorlardan və diversantlardan ehtiyat etmək lazımdır. Ukrayna ilə sərhəddə vəziyyət nəzarət altındadır, səylər Qərb istiqamətində dövlət sərhədinin mühafizəsinə yönəldilməlidir. Sərhəd mühafizəçiləri Ukrayna ilə sərhəddə gücləndirilmiş rejimdə xidmət keçirirlər, ora həmçinin xüsusi əməliyyat qüvvələrinin qrupu da çatdırılıb”.