24 Fevral 2022 16:10
1 333
12 Punto 14 Punto 16 Punto 18 Punto

NATO Vaşinqton Müqaviləsinin 4-cü maddəsinə uyğun olaraq müttəfiqlərlə məsləhətləşərək çəkindirmə və müdafiəni gücləndirmək üçün əlavə addımlar atmağa qərar verdiyini açıqlayıb.

Teleqraf.com xəbər verir ki, NATO müvafiq qərarı Rusiyanın Ukraynaya təcavüzündən sonra verib.

Artıq ABŞ-ın Şərqi Avropada yerləşdirilmiş hərbi qüvvələrinə də “hazır ol” əmri verilib.

Vaşinqton Müqaviləsinin 4-cü maddəsində qeyd olunub: “Tərəflərdən hər hansı birinin siyasi müstəqilliyinə, təhlükəsizliyinə və ərazi bütövlüyünə təhlükə yarandıqda, onların istəyi ilə bir araya gələrək vəziyyəti müzakirə edəcəklər”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər