Ukrayna ordusu Rusiyanın yeddinci hərbi təyyarəsini vurub.
Teleqraf.com xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Quru Qoşunları məlumat yayıb .
“Silahlı Qüvvələr indicə Luqansk vilayətində Rusiya Hərbi Hava Qüvvələrinə məxsus daha bir təyyarəni vurub. Bu gün bu, Ukrayna hava hücumundan müdafiə bölmələri tərəfindən vurulan işğalçıların yeddinci təyyarəsidir. İşğalçılar itki verməkdə davam edir, - məlumatda deyilib.