24 Fevral 2022 17:33
1 946
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Rusiyanın Ukraynadakı hərbi əməliyyatları qəbuledilməzdir, bunu qəbul etmirik”.

Teleqraf.com xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

Türkiyə lideri Rusiya Silahlı Qüvvələrinin Ukraynaya hərbi müdaxiləsinə reaksiyası belə olub:

“Hərbi əməliyyatlar qəbuledilməzdir və bunu qəbul etmirik. Beynəlxalq hüquqa zidd olan bu addım regionun sabitliyinə zərbədir.

Hər ikisini dost ölkə kimi gördüyümüz, yaxın münasibətlərdə olduğumuz Rusiya və Ukraynanın bu şəkildə üz-üzə gəlməsinə görə çox təəssüflənirik.

Ukraynada hər kəsin təhlükəsizliyini təmin etmək üçün əlimizdən gələni edəcəyik. Dərin dostluq münasibətlərimiz olan Rusiya və Ukrayna arasında problemlərin dialoq yolu ilə həllinə çağırışımızı bir daha təkrar edirik. Dünən Putinlə görüşümdə bunları dilə gətirdim”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər