Bakıda Almaniyanın və Fransanın Azərbaycandakı səfirliklərinin təşəbbüsü ilə Birinci Dünya müharibəsinin başlanmasının 100 illiyinə həsr edilən alman-fransız anma həftəsi keçirilir.
Teleqraf.com-un məlumatına, görə, bununla əlaqədar Fransanın və Almaniyanın Azərbaycandakı səfirliklərinin birgə mətbuat konfransı keçirib.
Mətbuat konfransında çıxış edən Almaniyanın Azərbaycandakı səfiri Haydrun Tempel qeyd edib ki, birinci dünya müharibəsi 20-ci əsrin ən böyük faciəsidir. Səfir qeyd edib ki, o zaman müharibə şəraitində olan Almaniya və Fransa arasında hazırda dostluq və tərəfdaşlıq münasibətləri var: "Biz beynəlxalq təşkilatlar çərçivəsində də çox gözəl əməkdaşlıq edirik".
Fransa səfiri Paskal Monye də tədbirdə çıxış edərkən bildirib ki, 100 il bundan öncə başlayan 1-ci dünya müharibəsində 72 ölkə iştirak edib, 18 milyon insan həyatını itirib. Səfir müharibənin ağrılı məsələ olduğunu: "Bizim əsas mesajımız sülh və barışıqdır".
Qeyd edək ki, 1-ci dünya müharibəsinin 100 illik il dönümü münasibətilə alman-fransız anma həftəsi çərçivəsində silsilə tədbirlər keçiriləcək.