Səhər saatlarında televiziya ilə xalqa müraciət edən Rusiya başçısı Vladimir Putin Ukraynanın işğal edilmiş Donbas bölgəsində xüsusi hərbi əməliyyata başladıqlarını açıqlayıb.
Teleqraf.com xəbər verir ki, Putinin çıxışından sonra rus ordusu Ukrayna ərazilərində işğala başlayıb.
Hərbi əməliyyatlar başlayandan sonra ölkənin müxtəlif şəhərlərində, o cümlədən paytaxt Kiyevdə partlayış səsləri eşidilməyə başlayıb. Kiyevdən başqa, Xarkov, Kramatorsk, Mariupol, Nikolayev və Odessa şəhərlərində də bir-birinin ardınca partlayışlar baş verib. Ukrayna rəsmiləri Rusiyanın işğal əməliyyatının başladığını və partlayışların raket hücumları nəticəsində baş verdiyini açıqlayıb.
Putinin Donbasda xüsusi hərbi əməliyyat keçirmək qərarından sonra Kiyevdə yaşayanların bir qismi şəhəri tərk etməyə başlayıb. Rusiyayönlü separatçılarla Ukrayna ordusunun təmas xəttində eşidilən partlayış səsləri və reaktiv təyyarə uçuşlarının eşidildiyi Kramatorsk şəhərindəki fotoşəkillərdə insanların narahatlığı öz əksini tapıb. Günün ilk saatlarında küçəyə çıxan vətəndaşlar bankomatların qarşısında növbə yaradıblar.
Müharibə qorxusunun əks olunduğu küçələrdən kadrlar: