Rusiya Ordusu Ukraynanın Sumı vilayətində bir neçə istiqamət üzrə irəliləyir.
Teleqraf.com xəbər verir ki, hazırda Axtırka və Sumı şəhərləri uğrunda şiddətli döyüşlər gedir.
“Hazırda Sumı vilayətinin ərazisində Rusiya Federasiyasının texnikası hərəkət edir”, - deyə vilayət administrasiyasının rəhbəri Dmitri Jivitski “Facebook”da yazıb.
Rusiya Ordusunun tank kolonları Sumı şəhəri, Xotın, Mezenovka kəndində, Bolşoy Pisarevka qəsəbəsində hərəkət edir.