"Donbasda xüsusi hərbi əməliyyat məcburi tədbirdir, Rusiyanın başqa variantı yox idi".
Teleqraf.com xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin ölkənin işgüzar dairələrinin nümayəndələri ilə görüşündə bildirib.
Putin qeyd edib ki, Rusiya üçün belə təhlükəsizlik riskləri yaradılıb və buna başqa vasitələrlə cavab vermək mümkün deyil.
Qeyd edək ki, Rusiya fevralın 24-də Ukrayna ərazisində hərbi əməliyyata başlayıb.