24 Fevral 2022 21:39
715
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Rusiyanı dünya iqtisadiyyatından təcrid edəcəyik".

Teleqraf.com xəbər verir ki, bunu Böyük Britaniyanın Baş naziri Boris Conson deyib.

"Böyük Britaniya Rusiyadan yüksək texnologiyalı məhsulların idxalını qadağan edir", - britaniyalı nazir vurğulayıb.

Baş nazir "Aeroflot"a qarşı sanksiya tətbiq edəcəklərini qeyd edib.

Conson, bununla yanaşı, "VTB bank"ın bütün aktivlərinin dondurulduğunu əlavə edib.

Britaniyanın Baş naziri gələcəkdə Rusiyanın SWIFT-dən ayrılacağını istisna etməyib.

"Sanksiyalar Ukraynaya hərbi müdaxiləyə dəstək verən Belarusa da qarşı tətbiq ediləcək", - Conson söyləyib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər