25 Fevral 2022 01:37
697
12 Punto 14 Punto 16 Punto 18 Punto

Aİ ölkələrinin liderləri keçirdikləri sammitdə Rusiyaya qarşı əlavə sanksiyaların tətbiqi ilə bağlı razılığa gəliblər.

Teleqraf.com xəbər verir ki, Rusiyaya qarşı sanksiyalar viza siyasətini də əhatə edəcək. Bundan əlavə, sanksiya siyahılarında yeni adlar və təşkilatlar yer alacaq.

“Avropa İttifaqı Şurası bu gün tərəfdaşlarımız və müttəfiqlərimizlə sıx koordinasiyada Rusiya üçün öz hərəkətləri üçün kütləvi və ciddi nəticələrə səbəb olacaq əlavə məhdudlaşdırıcı tədbirlər haqqında razılığa gəldi. Bu sanksiyalar maliyyə sektorunu, energetika və nəqliyyat sektorlarını, ikili təyinatlı malları, o cümlədən ixraca nəzarət və ixracın maliyyələşdirilməsini, viza siyasətini, əlavə Rusiyanın fiziki şəxslərinin (məhdudiyyətlər - red.) siyahılarına daxil edilməsini əhatə edir”, - Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel özünün tviterdəki hesabında sammitin yekunlarına dair yazıb.

Ukrayna münaqişəsinə dair fövqəladə sammitin yekunlarına və Rusiyaya qarşı yeni sanksiyalar paketinin razılaşdırılmasına əsasən, Avropa İttifaqı Ukraynaya dəstəyi gücləndirməyə və beynəlxalq donorlar konfransı keçirməyə hazırdır.

“Aİ Ukrayna ilə həmrəydir, Ukraynanı və onun xalqını beynəlxalq tərəfdaşlarla, o cümlədən siyasi, maliyyə və humanitar, logistika sahələrində dəstəkləməyə davam edəcək, həmçinin beynəlxalq donor konfransının keçirilməsini dəstəkləyir”, - sənəddə deyilir.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər