Rusiya silahlı qüvvələri yeni işğala başlayandan bəri Ukraynaya 160-dan çox raket atıb.
Teleqraf.com xəbər verir ki, bu barədə ABŞ Müdafiə Nazirliyinin açıqlamasında bildirilib.
“Rusiya Ukraynaya hava zərbələri endirmək üçün 160-dan çox raket buraxıb”, - məlumatda deyilib.
Açıqlamada bunların əksəriyyətinin qısamənzilli ballistik raketlər olduğunu vurğulayıb. Ümumilikdə isə ballistik, qanadlı və ortamənzilli raketlər buraxılıb.
Dünəndən etibarən Rusiya işğalçıları Ukraynanın müxtəlif ərazi və şəhərlərinə havadan zərbələr endirir. Hücum Kiyev də daxil olmaqla bir neçə istiqamətdə həyata keçirilir.