25 Fevral 2022 10:33
725
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Biz Ukraynanı tək müdafiə edirik”.

Teleqraf.com xəbər verir ki, bunu Ukrayna prezidenti Vladimir Zelenski xalqa videomüraciətində deyib.

Prezident qeyd edib ki, düşmən təzyiq üçün dinc şəhərlərə hücumlarını davam etdirir.

Zelenski bəyan edib ki, Rusiya ardıcıl ikinci gündür Ukraynanın şəhərlərinə raket zərbələri endirir.

Prezidentin sözlərinə görə, ruslar fərq qoymurlar. Ona görə də təkcə hərbi obyektlər deyil, yaşayış binaları da hücuma məruz qalır.

“Bu hücumun məqsədi təzyiqdir. Sizə təzyiqdir, əziz vətəndaşlar. Bütün cəmiyyətimizə təzyiq. Mən vurğulayıram: təkcə hökumətə deyil, bütün ukraynalılara. Və bu gün hətta dünənkindən də artıqdır. Bizim oğlan və qızlarımız, bütün müdafiəçilərimizə təzyiqdir. Ukrayna ilk gündən düşmənə işğalın əməliyyat planını həyata keçirməyə imkan vermədi”.

Prezident vurğulayıb ki, əksər rayonlarda düşmənin qarşısı alınıb, döyüşlər gedir. Zelenski qeyd edib ki, hava hücumundan müdafiə sistemləri səmanı qoruyur, lakin düşmən təyyarələri yaşayış məntəqələrində, xüsusən də Kiyevdə amasızlıqlar törədir.

Zelenski qeyd edib ki, bu hücum 1941-ci ildə Kiyevə edilən hücumu xatırladır: “Biz təkbaşına dövlətimizi müdafiə edirik. Dünyanın ən qüdrətli qüvvələri uzaqdan baxır. Dünənki sanksiyalar Rusiyanı inandıra bildimi? Biz səmamızda eşidirik ki, bu kifayət deyil”.


Müəllif: Nemət

Oxşar xəbərlər