“Rusiya qoşunlarının mülki ünvanları hədəfə almadıqları barədə bəyanatları yalandır”.
Teleqraf.com xəbər verir ki, bunu Ukrayna Prezidenti Vladimir Zelenski deyib.
“Genişmiqyaslı müharibənin ikinci səhəri. Saat dörddə Rusiya qüvvələri Ukrayna ərazisinə raket zərbələri endirməkdə davam etdi. Onlar deyirlər ki, mülki hədəflər onlar üçün hədəf deyil, amma yalandır. Hərbçilərlə yanaşı, mülki şəxslər də dünən olduğu kimi eyni dərəcədə hücuma məruz qalırlar”, - Ukrayna prezidenti bildirib.
O qeyd edib ki, bu hücumda məqsəd cəmiyyətə təzyiq göstərməkdir.
Zelenski bunun təkcə Ukrayna hökumətinə deyil, bütün ukraynalılara təzyiq olduğunu vurğulayıb. Onun sözlərinə görə, bu, dünəndən daha çox hiss olunur.