25 Fevral 2022 11:43
2 495
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ağ Ev Rusiya işğalçılarının Ukraynanın Çernobıl Atom Elektrik Stansiyasının mülki işçilərini girov götürməsini pisləyib.

Teleqraf.com xəbər verir ki, bu barədə Ağ Evin sözçüsü Cen Psaki açıqlama verib.

“Rusiya hərbçilərinin mülki şəxsləri Çernobılda girov saxlaması ilə bağlı etibarlı məlumat bizi qəzəbləndirir”, - administrasiyanın sözçüsü bildirib.

O, mülki şəxslərin girov saxlanılmasını qanunsuz və təhlükəli adlandırıb.

“Biz bunu pisləyirik və onların azadlığa buraxılmasını tələb edirik”, – Psaki deyib.

Dünən Ukrayna Prezident Aparatı rəhbərinin müşaviri Mixaylo Podolyak Ukrayna hərbçilərinin Çernobıl AES-ə nəzarəti itirdiyini açıqlayıb. Çernobıl obyektlərinin və nüvə tullantıları anbarlarının vəziyyəti məlum deyil.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər