Fransa Prezidenti Emmanuel Makron ölkəsinin Kiyevə 1.2 milyard avro məbləğində maliyyə yardımı və hərbi texnika vədini verib.
Teleqraf.com xəbər verir ki, o, bu barədə Brüsseldə Avropa Birliyinin Ukrayna üzrə fövqəladə sammitindən sonra mətbuat konfransında bildirib.
“Biz avropalılar olaraq Ukraynaya 1.2 milyard avro məbləğində iqtisadi yardım göstərmək qərarına gəldik, bu, görülməmiş bir hadisədir. Hərbi texnikaların tədarükünü davam etdirəcəyik və bu çətin durumda əhaliyə dəstək olacağıq”, - Makron deyib.
Bundan əlavə, Fransa lideri bildirib ki, Paris Rumıniyada öz ordusunun yerləşdirilməsini sürətləndirmək, eləcə də Ukraynadan olan qaçqınlara yardım göstərmək niyyətindədir.