Ukrayna artilleriyaçıları Luqansk vilayətinin Starobilsk şəhəri yaxınlığında rus işğalçılarına ağır zərbə vurublar.
Teleqraf.com xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələri məlumat yayıb.
“Ukraynalı artilleriyaçılar Starobilsk yaxınlığında işğalçılara ağır itkilər yaşadıblar. Starobilskdə Ukrayna artilleriyası Aydar çayını keçməyə hazırlaşan Rusiya texnikasının sütununu darmadağın edib”, - məlumatda deyilib.
Məlumata görə, düşmən Ukrayna sərhədini pozaraq ölkə ərazilərinə daxil olmaq, zərbə endirmək və Ukrayna qoşunlarının müdafiə xəttini pozmağa cəhd edib.
“Nəticədə işğalçılar itki verərək geri çəkilib”, - məlumatda qeyd edilib.