22 Noyabr 2014 01:12
1 048
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ukrayna prezidenti Pyotr Poroşenko hökumət üzvlərinin tam şəkildə yenilənməsi barədə təklif irəli sürüb.

Teleqraf.com-un UNN agentliyinə istinadən verdiyi xəbərə görə, dövlət başçısı islahatların dərhal başlanmasının zəruriliyini vurğulayıb.

“İslahatların məqsədi Avropa həyat standartlarına tədricən yaxınlaşmaq, 2020-ci ildə Avropa İttifaqına üzvlük haqqında ərizə təqdim etməkdir. Koalision sazişin layihəsi məhz bununla bağlıdır”, deyə Poroşenko bildirib.

Bundan əvvəl P.Poroşenko ölkənin yeni nazirlər kabinetində baş nazir vəzifəsinə Arseni Yatsenyukun namizədliyini irəli sürəcəyini bəyan edib.


Müəllif:

Oxşar xəbərlər