Rusiya Müdafiə Nazirliyinin mətbuat katibi general-mayor İqor Konaşenkov gündəlik mətbuat konfransında Rusiya ordusunun Ukrayna boyu 118 hərbi obyekti sıradan çıxardığını və Çernobıl Atom Elektrik Stansiyasının nəzarətdə olduğunu bildirib.
Teleqraf.com-un xəbərinə görə, general Rusiya ordusunun fəaliyyətinin iş qaydasında davam etdiyini deyib.
General-mayor İqor Konaşenkov bəyan edib ki, Ukraynanın istismardan çıxarılan hərbi obyektləri arasında 11 hərbi hava limanı, 13 nəzarət-buraxılış məntəqəsi və rabitə mərkəzi, 14 S-300 və zenit-raket kompleksi, 36 radar stansiyası var.
Rusiya Müdafiə Nazirliyinin sözçüsü Ukrayna ordusuna məxsus 5 döyüş təyyarəsi, 1 helikopter, 18 tank və digər zirehli döyüş maşınının, 7 reaktiv yaylım atəşinin, 41 xüsusi təyinatlı hərbi maşının və 5 döyüş katerinin Rusiya ordusu tərəfindən məhv edildiyini açıqlayıb.