25 Fevral 2022 20:39
1 573
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ kəşfiyyatındakı mənbələr Putinin Ukraynada atmaq istədiyi addımları açıqlayıb.

Teleqraf.com xəbər verir ki, “Əl-Cəzirə” telekanalına danışan ABŞ Müdafiə Nazirliyinin yüksək vəzifəli rəsmisi Rusiyanın məqsədinin kritik şəhərləri, xüsusən də Kiyevi ələ keçirmək olduğunu bildirib.

Adını açıqlamayan rəsmi deyib ki, Putinin məqsədi Moskvayönlü komandanı hakimiyyətə gətirməkdir.

Eyni zamanda, “Blumberq”ə açıqlama verən kəşfiyyat rəsmiləri də Putinin planının təfərrüatlarını açıqlayıblar. Onların iddiasına görə, Putinin ilk məqsədi Ukrayna Hərbi Hava Qüvvələrini məhv etməkdir.

“Blumberq”in ekspertləri də Putinin prioritetinin rejim dəyişikliyi olduğunu bildiriblər. Həmçinin qeyd edilib ki, Rusiya lideri Donbasdan başqa əraziləri ələ keçirmək istəmir.

Ukrayna prezidentinin müşaviri Mixaylo Podolyak da Rusiyanın əsas hədəfinin Prezident Zelenski olduğunu iddia edib.

Rusiyalı ekspert Pavel Felgenhauer isə hesab edir ki, Putinin əsas məqsədi Ukraynanı tərksilah etməkdir.

Adını açıqlamayan yüksək rütbəli amerikalı kəşfiyyat rəsmisi “Blumberq”ə deyib: “Rusiya Kiyev yaxınlığındakı hərbi hava bazalarını ələ keçirməyə çalışır. Amma Ukrayna ordusu müqavimət göstərir, hökumət devrilsə belə, döyüşməyə davam edəcəklər. Amma bu, hava hücumundan müdafiə sistemləri olmadan ola bilər. Ukrayna Rusiyanın hücumlarına çox tab gətirə bilməyəcək”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər