25 Fevral 2022 21:14
3 493
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Putinin sözləri, şübhəsiz ki, Türkiyə üçün də təhdiddir”.

Teleqraf.com xəbər verir ki, bunu “Habertürk” qəzetinin əməkdaşı Kübra deyib.

“Rusiya vaxtı ilə səhər saat 5-də yayımlanan və iki gün əvvəl qeydə alınan Putinin hücum bəyanatında mühüm məqamlardan biri də onun digər ölkələrə verdiyi mesaj idi.

Putin çıxışında bunları demişdi: “Kənardan müdaxilə etməyi düşünən hər kəsə səslənirəm, əgər bunu etsəniz, tarixdə heç vaxt olmadığı qədər böyük nəticələrlə üzləşəcəksiniz. Bununla bağlı bütün müvafiq qərarları qəbul etmişik. Ümid edirəm ki, məni eşidə bilərsiniz”.

Bu cümlələr, şübhəsiz ki, Türkiyə üçün də təhdiddir. Enerji təhlükəsizliyi, ərzaq idxalı, xüsusən də buğda və təbii ki, turizm kartı... Rusiya ilə münasibətləri balansda saxlamaq Qərb qədər bizim üçün də önəmlidir, hətta Qərbdən də artıqdır”, - jurnalist bildirib.

Kübra Par əlavə edib:

“Türkiyə hələ də NATO üzvü olmaq məsuliyyəti ilə addımlar atır. Prezident Ərdoğan dünən verdiyi açıqlamada bunu demişdi: “Bildirmək istəyirəm ki, Rusiyanın Ukrayna torpaqlarında başlatdığı hərbi əməliyyatı qəbuledilməz hesab edirik və bunu rədd edirik”.

Burada incə bir xətt var”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər