25 Fevral 2022 21:56
1 465
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiyanın Ukraynaya qarşı hərbi əməliyyatı davam etdiyi vaxt Fransa müdafiə naziri Florens Parli mövzu ilə bağlı açıqlama verib.

Teleqraf.com xəbər verir ki, nazir heç bir ölkənin nüvə gücü Rusiya ilə savaşmaq istəmədiyini bildirib.

Onun sözlərinə görə, nüvə istifadə üçün yox, çəkindirmək üçün silah olduğunu deyib:

“İndi sual budur ki, Rusiyaya qarşı müharibə etmək istəyirikmi? Rusiya nüvə dövlətidir. Biz də NATO ölkələriyik. Nüvə ittifaqı, bizim istədiyimiz budurmu? Nüvə müharibəsinə başlamaq istəyirsiniz? Nüvə istifadə üçün nəzərdə tutulan silah deyil, çəkindirici silahdır. Çəkindirmək üçün hər cür cəhdi etmişik və etməyə davam edirik. Rusiyaya müharibə elan etməmişik. Biz bu böyük və dəhşətli işğalla mübarizə aparırıq. Biz buna mümkün qədər tez son qoymaq istəyirik. Bu qəbuledilməz zorakılığa son qoymaq üçün atəşkəsə nail olmaq istəyirik”.

Nazir bildirib ki, Fransa bu müharibədən qaçmaq üçün bütün diplomatik səyləri göstərir:

“Biz bütün cəbhələrdə Ukraynanın yanındayıq. Avropa ilə yanaşı, Fransanın özü də Ukraynaya dəstək verir. Hərbi dəstək də var, onlara müdafiə vasitələri veririk. Prezident həftələrdir, bu qarşıdurmanın baş verməsinin qarşısını almaq cəhdlərini dayandırmır”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər