25 Fevral 2022 18:56
713
12 Punto 14 Punto 16 Punto 18 Punto

NATO-ya üzv olan ölkələrin liderlərinin iclası keçirilir.

Teleqraf.com bu barədə "Anadolu" agentliyinə istinadən xəbər verir.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın qatıldığı sammitdə NATO dövlət və hökumət başçıları Ukraynadakı təhlükəsizlik vəziyyətini müzakirə edəcəklər.

Sammit mətbuata qapalı keçirilir.

Açılış nitqində NATO baş katibi Yens Stoltenberq deyib ki, alyans Ukraynanının suverenliyini və ərazi bütövlüyünü tam dəstəkləyir.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər