25 Fevral 2022 20:12
957
12 Punto 14 Punto 16 Punto 18 Punto

Avropa Şurası Rusiyanın təşkilatda təmsilçilik hüququnu dayandırıb.

Teleqraf.com xəbər verir ki, bu barədə Avropa Şurasının Nazirlər Komitəsinin bu gün keçirilən iclasında qərar verilib.

Qərara əsasən, Rusiya Avropa Şurasının Nazirlər Komitəsində və Avropa Şurası Parlament Assambleyasındakı təmsilçilik hüquqlarından istifadə edə bilməyəcək. Bu isə o deməkdir ki, Rusiya Avropa Şurasında səsvermə hüququndan məhrum edilir.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər