25 Fevral 2022 23:05
596
12 Punto 14 Punto 16 Punto 18 Punto

Moskva Rusiya-NATO təsis aktını bir neçə dəfə pozub, saziş artıq işləmir.

Teleqraf.com xəbər verir ki, bunu NATO Baş katibi Yens Stoltenberq alyansın onlayn formatda fövqəladə sammitinin yekunlarına dair keçirdiyi mətbuat konfransında deyib.

"Biz görürük ki, Rusiya NATO-nun təsis aktına öheç bir hörmət nümayiş etdirmir. Bir tərəf buna hörmət etmirsə, saziş işləmir. Bu, reallıqdır. Rusiya uzun illərdir onu pozur, son günlər Ukraynaya genişmiqyaslı hərbi müdaxilə ilə bu, daha da pozulub", - Baş katib qeyd edib.

Stoltenberqin sözlərinə görə, NATO-nun təsis aktı bütün ölkələrin, o cümlədən Ukraynanın ərazi bütövlüyünə və suverenliyinə hörmət ifadə edən əsas prinsiplərə əsaslanır.

Qeyd edək ki, Rusiya fevralın 24-də Ukrayna ərazisində hərbi əməliyyata başlayıb.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər