Türkiyə vətəndaşlarının Ukraynadan təxliyə prosesi qurudan başlayıb. Azərbaycan öz vətəndaşlarının Ukraynadan təxliyəsi üçün Türkiyəyə müraciət edib.
Teleqraf.com xəbər verir ki, bu barədə Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu deyib.
"Yeddi ölkə vətəndaşlarını təxliyə etməyimizi və ya evakuasiyaya töhfə verməyimizi istədi, müraciətlər gəldi. Başda can Azərbaycan olmaqla, Qana, Qətər, Monqolustan, Somali, Şri Lanka və Türkmənistan. Təbii ki, imkanlarımız çərçivəsində bu ölkələrin vətəndaşlarının təxliyəsi üçün sahədə lazımi dəstəyi verəcəyimizi demək istəyirəm”, - Türkiyənin xarici siyasət idarəsinin rəhbəri bildirib.