Rusiya qoşunları bu gecə Ukraynanın paytaxtı Kiyevə hücum etməyi planlaşdırır.
Teleqraf.com xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski xalqa yeni müraciətində bildirib.
“Hamımız bizi nə gözlədiyini başa düşməliyik. Biz bu gecəyə dözməliyik, Ukraynanın taleyi elə indi həll olunur. Gecə çətin olacaq. Çox çətin”, - Zelenski bildirib.
Dövlət başçısı şəhər sakinlərini maksimum diqqətli olmağa, hər hansı təhlükə yaranarsa, sığınacaqlara üz tutmağa çağırıb.