26 Fevral 2022 10:03
1 317
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ Ukrayna Prezidenti Vladimir Zelenskinin Rusiya tərəfindən tutulması və ya öldürülməsinin qarşısını almaq üçün onu Kiyevdən çıxarmağı təklif edib, amma bu təklifə mənfi cavab alıb.

Teleqraf.com xəbər verir ki, bu barədə “Vaşinqton Post” yazıb.

Nəşrin məlumatına görə, ABŞ hökuməti Zelenskinin Rusiya tərəfindən tutulmasının və ya qaçırılmasının qarşısını almaq üçün Kiyevi tərk etməsinə köməyə hazır olduğunu bildirib.

Zelenski indiyə qədər bu təklifi qəbul etməyib və ölkəsinin başında qalacağını deyib.

Zelenski dünən səhər verdiyi açıqlamada rusların bir nömrəli hədəfinin özü, ikinci hədəfinin isə ailəsi olduğunu, buna baxmayaraq ölkəsini müdafiə etmək vəzifəsini yerinə yetirəcəyini açıqlayıb.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər