22 Noyabr 2014 04:27
809
12 Punto 14 Punto 16 Punto 18 Punto

Çilinin şimalında güclü yanğın 40 evi külə döndərib.

Teleqraf.com-un İTAR-TASS agentliyinə istinadən verdiyi xəbərə görə, insident nəticəsində 200-ə yaxın insan evsiz qalıb, iki nəfər itkin düşmüş hesab edilir.

Yanğın Antofaqasta liman şəhərinin qeyri-leqal miqrantların məskunlaşdığı hissəsində baş verib. Hökumət zərərçəkənlərə yardım edir, onlara geyim və qida paylanır. Hadisənin səbəbləri müəyyənləşdirilir.


Müəllif: