Ukrayna bu gün beynəlxalq hərbi yardım gözləyir.
Teleqraf.com xəbər verir ki, bu barədə baş nazirin müavini, müvəqqəti işğal olunmuş ərazilərin reinteqrasiyası üzrə nazir İrina Vereşçuk açıqlama verib.
“Bu gün beynəlxalq dəstək və yardımla məşğuluq. Bu gün bizə ehtiyacımız olan yardımı, hava hücumundan müdafiə vasitələri alacağıq. Bu gün Ukraynaya başqa növ yardımlar da olacaq. Qoşunlarımız təmin olunacaq”, - Vereşçuk bildirib.