26 Fevral 2022 14:23
1 153
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya fevralın 24-də Ukraynada işğala başlayandan bəri üçü uşaq olmaqla 198 nəfər mülki şəxs düşmən tərəfindən öldürülüb, 1115 nəfər yaralanıb.

Teleqraf.com xəbər verir ki, bu barədə Ukrayna səhiyyə naziri Viktor Lyaşko məlumat verib.

“Təəssüf ki, operativ məlumatlara görə, işğalçılar 198 nəfəri öldürüb, onlardan 3-ü uşaqdır, 1115 nəfər yaralanıb, onlardan 33-cü azyaşlıdır”, - Lyaşko bildirib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər