Kiyev metropolitenində qatarların hərəkəti dayandırılıb.
Teleqraf.com xəbər verir ki, bu məlumatı paytaxtın meri Vitali Kliçko öz Telegram-kanalında təsdiqləyib.
“Metro sığınacaq rejiminə keçib. Nəqliyyat daşımaları aparılmayacaq”, - o bildirib.
Kliçko, həmçinin Kiyev əhalisini evdə və ya sığınacaqlarda qalmağa, çölə çıxmamağa və şəhərə getməməyə çağırıb.