Türkiyə Bosfor və Dardanel boğazlarını Rusiya döyüş gəmiləri üçün bağlayıb.
Teleqraf.com xəbər verir ki, bunu Ukrayna prezidenti Volodimir Zelenski Tvitter səhifəsində qeyd edib.
"Güclü dəstəyə görə dostum, cənab Prezident Rəcəb Tayyib Ərdoğan və Türkiyə xalqına təşəkkür edirəm. Xalqımız bunu heç vaxt unutmayacaq!" - deyə Zelenski qeyd edib.
***
Rusiyanın Türkiyədəki səfirliyinin yaydığı informasiyada bildirilir ki, Türkiyənin boğazları Rusiya hərbi gəmilərinin keçidi üçün bağlanması ilə bağlı məlumat yoxdur.
“Səfirliyə Türkiyə tərəfdən boğazların Rusiya hərbi gəmiləri üçün bağlanması ilə bağlı heç bir rəsmi bildiriş daxil olmayıb”, - vurğulanıb.