22 Noyabr 2014 08:34
751
12 Punto 14 Punto 16 Punto 18 Punto

Maydan inqilabının bir illiyi ərəfəsində Ukraynada beş partiyadan ibarət hakim koalisiya formalaşıb.

Teleqraf.com-un UNİAN-a istinadən məlumatına görə, koalisiyaya Petro Poroşenko Bloku, Xalq Cəbhəsi, Samopomiç, Radikal Partiya və Batkivşina daxildir.

Koalisiya Ukraynanın NATO-ya qoşulmasının əsas məqsəd olmasına, Rusiyanın tutduğu Krımın Ukraynanın nəzarətinə qaytarılmasına razılaşıb.

Partiyalar həmçinin razılaşıb ki, deputatların toxunulmazlığı ləğv edilsin, seçki sistemində islahat aparılsın, Sovet və nasist simvolları qadağan olunsun. Partiyaların prioritetləri sırasında ölkənin şərqində daimi hərbi bazanın yaradılması, ölkənin ÜDM-sinin azı 3 faizinin hərbi ehtiyaclar üçün ayrılması var.


Müəllif: