27 Fevral 2022 00:59
611
12 Punto 14 Punto 16 Punto 18 Punto

Avropa İttifaqının (Aİ) 27 ölkəsinin xarici işlər nazirləri Ukraynadakı vəziyyətlə əlaqədar fevralın 27-də fövqəladə videokonfrans keçirmək niyyətindədirlər.

Teleqraf.com xəbər verir ki, bu barədə məlumatı "TASS" Aİ Şurasındakı ölkələrdən birinin nümayəndə heyətindəki mənbəyə istinadla yayıb.

"Bəli, nazirlər Ukraynadakı vəziyyəti müzakirə etmək üçün sabah videokonfrans vasitəsilə fövqəladə iclas keçirəcəklər", - deyə mənbə bildirib.

Nazirlər Rusiyaya qarşı üçüncü sanksiyalar paketinin tətbiqi imkanlarını müzakirə edəcəklər.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər