Amerikalı milyarder İlon Mask Rusiyanın hərbi müdaxiləsinə qarşı mübarizədə Ukraynaya dəstək verib və bu ölkənin “Starlink” peyk internetinə çıxışını təmin edib.
Teleqraf.com xəbər verir ki, bunu Ukraynanın rəqəmsal transformasiya naziri Mixail Fedorov deyib.
“Tesla Inc.” şirkətinin rəhbəri İlon Mask da öz növbəsində xəbəri Tvitterdə təsdiqləyib: ““Starlink” xidmətləri artıq Ukrayna üçün əlçatandır. Növbəti dəfə daha çox terminallar”.
Qeyd edək ki, Ukrayna Baş nazirinin müavini Mixail Fyodorov “Tesla Inc.” şirkətinin rəhbəri İlon Maskdan ölkəsinin “Starlink” peyk internetinə çıxışın təmin edilməsi ilə bağlı xahiş etmişdi.