Rusiya ətrafındakı hər bir ölkə üçün hazırladığı müharibə planını öz arxivində saxlayır. Rusların müharibə doktrinası da deşifrə edilib.
Teleqraf.com Axar.az-a istinadən xəbər verir ki, bu açıqlama ilə türkiyəli ekspert Okan Müdərrisoğlu çıxış edib.
Moskva bunu “yaşamaq məsələsi” kimi təqdim etsə də, Ukraynanı müharibə zonasına çevirməklə yanaşı, 100 il əvvəlki arqumentlərini bu günə daşımaqla ekspansionist ambisiyalarını boğa bilməyəcəyini də təsdiqlədi. Rusların açdığı bu yol vaxtında bağlanmasa, qlobal sistemi əbədi qeyri-sabitliyə sürükləyən bu təhlükəli qapıdan içəri girənlərin sayı az olmayacaq”, - ekspert qeyd edib.