Fransanın ardınca İtaliya və İspaniya da Rusiya təyyarələri və aviaşirkətlərinə hava məkanını bağlayır.
Teleqraf.com xəbər verir ki, İtaliya Baş nazirinin ofisinin yaydığı məlumatda bildirilib ki, ölkəsinin hava məkanı yerli vaxtla saat 15:00-dan etibarən Rusiya üçün bağlanır.
İspaniyanın hava məkanını bağladığı barədə məlumatı isə Rusiya Nəqliyyat Nazirliyi yayıb.
Qeyd edək ki, artıq Böyük Britaniya, Belçika, Almaniya, Danimarka, Polşa, Çexiya, İtaliya, Hollandiya, Norveç və Fransa da hava məkanının Rusiya təyyarələrinə bağlanması barədə qərar verib.