ABŞ prezident administrasiyası Ukrayna danışıqlarının vaxtı çatmadığını və lazım gələrsə “düzgün vaxtda” bərqərar olacağını düşünür.
Administrasiyanın bu bəyanatı Co Baydenin Ukrayna səfərinin nəticələrini əks etdirir.
“(Kiyevdanışıqlarında) başa düşüldü ki, heç kim Minsk danışıqlarını sıfıra endirib hər şeyi təzədən başlamaq istəmir. Əlimizdə əsas prinsipləri irəli çəkən, Ukrayna tərəfinin düzgün hesab etdiyi və rusların da qəbul etdiyi razılaşma var. Sadəcə onlar hələ qüvvəyə minməyib. Yəni hamı başa düşür ki, lazım olan vaxt dialoq bərpa olunacaq”- deyə ABŞ administrasiyasının yüksək çinli nümayəndəsi jurnalistlərə bildirib.
O qeyd edib ki, Bayden və Kiyev nümayəndələrinin danışıqları zamanı Rusiyaya fəaliyyətə başlaması üçün siqnal göndərməyin vacibliyi bildirilib.
Daha əvvəl Bayden bildirib ki, Rusiya Ukrayanaya qarşı "qəbuledilməz" təcavüzü davam edərsə daha çox təcrid olunma riski alır./anspress/