Avropa Komissiyasının sabahkı növbədənkənar iclasında Ukrayna və Avropanın enerji sistemlərinin təcili şəkildə birləşdirilməsi müzakirə olunacaq.
Teleqraf.com xəbər verir ki, bu barədə Avropanın enerji komissiarı kadri Simson məlumat verib.
Komissar bildirib ki, iclasın gündəliyinə Ukraynanın enerji sisteminin Avropaya birləşdirilməsi və sinxronlaşdırılması salınıb. Bununla belə, iclasda Rusiyaya qarşı sanksiyalar da müzakirə edilə bilər.