Ukrayna Prezidenti Volodimir Zelenski Böyük Britaniyanın Baş naziri Boris Consonla telefon danışığında növbəti 24 saatın Ukrayna üçün kritik olacağını bildirib.
Teleqraf.com xəbər verir ki, Conson Zelenskiyə Böyük Britaniya və müttəfiqlərinin müdafiə yardımının Ukraynaya çatması üçün əllərindən gələni edəcəklərinə söz verib.
Conson onu da əlavə edib ki, ölkəsi Ukraynaya əlavə 40 milyon funt-sterlinq köçürəcək. Bu pul ukraynalılar üçün tibbi ləvazimatlara yönəldiləcək.