“Düşmən (Rusiya – red.) hazırda əsas regional mərkəz olan şəhərlərin heç birinə nəzarət etmir”.
Teleqraf.com xəbər verir ki, bunu Ukrayna Ali Radasının hakim “Xalqın Xidmətçisi” fraksiyasının üzvü Fyodor Venislavski deyib.
“Əsas regional mərkəz olan heç bir şəhər düşmənin nəzarətində deyil. Bu yöndə düşmənin bütün hücumlarını tam dəf edirik. Gecə hava hücumları, bombardmanlar oldu. Xarkov, Kiyev, Çerniqov, Çerkassı, Mariupol, Xerson, Nikolayevin ətrafı atəşə tutulub, amma Silahlı Qüvvələrimiz hücumların qarşısını aldı, alır”, - Venislavski bildirib.