28 Fevral 2022 10:48
516
12 Punto 14 Punto 16 Punto 18 Punto

Belarus Rusiya və Ukrayna arasında danışıqlar üçün müvafiq şərait hazırlayıb.

Teleqraf.com xəbər verir ki, bu barədə Belarus Xarici İşlər Nazirliyi məlumat yayıb.

Nazirliyin məlumatında qeyd edilib ki, hazırda Rusiya və Ukrayna nümayəndə heyətlərinin gəlişi gözlənilir.

Bildirilib ki, Belarus tərəfi istənilən an danışıqları təşkil etməyə hazırdır.

Məlumat üçün qeyd edək ki, Ukrayna heyəti Belarusa Polşadan daxil olacaq.


Müəllif: Nemət