Həftə sonu Ukraynada keçirilən sorğunun nəticələrinə görə, ukraynalıların 90 faizindən çoxu Prezident Vladimir Zelenskini dəstəklədiyini bildirib.
Teleqraf.com xəbər verir ki, soruğunu “Reytinq” sosioloji qrupu keçirib.
Sorğuya əsasən, ukraynalıların 91 faizi prezident Zelenskini dəstəkləyib. Cəmi 6 faiz Ukrayna liderini dəstəkləməyib, 3 faiz isə qərarsız qalıb.
Sorğuda Ukraynanın müxtəlif şəhərlərindən iki min insan iştirak edib, amma işğal edilmiş Krım və şərq bölgələrində yaşayanlar istisna edilib.
Ukraynanın Rusiyanın hücumunu dəf etmək şansı ilə bağlı suala 70 faiz bunun mümkün olduğuna inandığını bildirib.
Ukraynada Silahlı Qüvvələrə dəstək Rusiyanın hücumu başlamazdan əvvəlki dövrlər müqayisədə xeyli artıb.