28 Fevral 2022 12:15
884
12 Punto 14 Punto 16 Punto 18 Punto

Fransa xarici legionundan olan ukraynalılar döyüşmək üçün ölkələrinə tam hazır formada gələ biləcəklər.

Teleqraf.com xəbər verir ki, Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurası yanında Dezinformasiyaya Qarşı Mübarizə Mərkəzi bu məlumatı təsdiqləyib.

Qeyd olunur ki, yüksək ixtisaslı mütəxəssislərdən ibarət Fransa xarici legionu vətənlərini müdafiə etmək istəyən ukraynalıları sərbəst buraxacaq. Eyni zamanda onlara bütün avadanlıqlarını da özləri ilə götürmək imkanı yaradılacaq.

Zelenski də Ukraynanın əcnəbilərdən əlavə ərazi müdafiə legionu formalaşdıracağını açıqlayıb.

“Beləliklə, interbanderaçılar alayı gəldi. Ehtiyatlı olun, barbarlar!” – bu isə Ukrayna Silahlı Qüvvələrinion sosial şəbəkə hesabında yazılıb.


Müəllif: Səxavət

Oxşar xəbərlər