Rusiya Xarici işlər naziri Sergey Lavrov hava nəqliyyatı ilə bağlı Rusiyaya qarşı yeni sanksiyalara görə BMT-nin İnsan Haqları Şurasının Cenevrədə keçiriləcək yüksək səviyyəli iclasında iştirak edə bilməyəcək.
Teleqraf.com xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin nümayəndəsi Mariya Zaxarova deyib.
Problemlərin yaranmasına səbəb Avropa Birliyinin Rusiyaya qarşı aviasiya sanksiyaları tətbiq etməsi olub. Beləliklə, Lavrovun Rusiya hökumətinin təyyarəsi ilə Cenevrəyə uçmaq istəyi baş tutmayıb.
“Ölkələr uçuşa icazə vermirlər, amma məsələ BMT-dən və baş katibdən asılıdır. Onlar nümayəndə heyətinin, xüsusilə dünya üçün belə kritik bir zamanda, BMT-nin baş qərargahına, onun Cenevrədəki ofisinə gəlməsini təmin etməlidirlər”, - XİN-in sözçüsü bildirib.