Ukrayna nümayəndə heyətinin Rusiya ilə danışıqlara gəlişi bir saat yarım-iki saat ərzində gözlənilir.
Teleqraf.com xəbər verir ki, bunu Rusiya nümayəndə heyətinin rəhbəri, Rusiya Prezidentinin köməkçisi Vladimir Medinski deyib.
“İndi onların bir saat yarım, iki saata çatacağına dair məlumat daxil olub”, - deyə Medinski bildirib.
O, Rusiya nümayəndə heyətinin Ukrayna tərəfinin gəlişindən dərhal sonra danışıqlara hazır olduğunu vurğulayıb.
Daha əvvəl Belarus Xarici İşlər Nazirliyinin mətbuat katibi Anatoli Qlaz bildirmişdi ki, Rusiya və Ukrayna tərəfləri arasında danışıqlar platforması hazırdır, nümayəndə heyətlərinin gəlişi gözlənilir.
Bu gün səhər saatlarında “Sputnik Belarus” Ukrayna nümayəndə heyətinin artıq Belarus ərazisində, Rusiya tərəfi ilə danışıqlar yerinin girişində olduğunu bildirib.