28 Fevral 2022 13:32
983
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ukrayna Avropa İttifaqından gecikmədən yeni xüsusi prosedura qoşulmağı xahiş edir.

Teleqraf.com xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Zelenski növbəti videomüraciətində bildirib.

“Biz Avropa İttifaqına Ukraynanın yeni xüsusi prosedur əsasında dərhal qoşulması ilə bağlı müraciət edirik”.

Zelenski qeyd edib ki, Ukrayna onunla olduğu üçün tərəfdaşlarına minnətdardır: “Ancaq bizim məqsədimiz bütün avropalılarla bir yerdə olmaq və ən əsası bərabər olmaqdır”.

Zelenski bunun ədalətli olduğuna əmindir: “Əminəm ki, biz buna layiqik. Əminəm ki, bütün bunlar mümkündür”.

“Prezidentliyə namizəd olarkən "hər birimiz prezidentik", - demişdim. Çünki hər birimiz ölkəmiz üçün məsuliyyət daşıyırıq. Gözəl Ukraynamız üçün. İndi hər biriimiz döyüşçüyük. Əminəm ki, hər birimiz də qazanacağıq. Ukraynaya şükürlər olsun”,- Prezident Zelenski müraciətində qeyd edib.


Müəllif: Nemət

Oxşar xəbərlər