Belarusun Qomel vilayəti ərazisində Ukrayna və Rusiya nümayəndə heyətləri arasında ilk danışıqlar başlayıb.
Teleqraf.com xəbər verir ki, bu barədə Belarus mətbuatı məlumat yayıb.
Rusiya tərəfi Belarusa fevralın 27-də gəlib. Ukrayna nümayəndə heyəti danışıqların başlanmasına iki saatdan az qalmış hərbi helikopterlərlə gedib.
Nümayəndə heyətlərinin görüşü Ukrayna sərhədi yaxınlığında, Pripyat çayının sahilində keçirilir.
Təhlükəsizlik səbəbindən görüşün dəqiq yeri açıqlanmır.