28 Fevral 2022 15:32
1 138
12 Punto 14 Punto 16 Punto 18 Punto

Belarusun Rusiya və Ukrayna nümayəndə heyətləri arasında danışıqlar başlayıb.

Teleqraf.com xəbər verir ki, danışıqlar Ukrayna ilə həmsərhəd olan Qomel vilayətində keçirilir.

Moskvanı prezidentin köməkçisi Vladimir Medinski, xarici işlər nazirinin müavini Andrey Rudenko, müdafiə nazirinin müavini Aleksandr Fomin, Dövlət Dumasının Beynəlxalq əlaqələr komitəsinin rəhbəri Leonid Slutski və Rusiyanın Belarusdakı səfiri Boris Qrızlov təmsil edir.

Kiyev tərəfindən isə görüşə müdafiə naziri Aleksey Reznikov, “Xalqın xidmətçisi” fraksiyasının rəhbəri David Araxamiya, xarici işlər nazirinin müavini Nikolay Toçitski, prezident aparatının rəhbərinin müşaviri Mixail Podolyak, Ali Radanın deputatı Rüstem Umerov və Üçtərəfli Təmas Qrupunda Ukrayna nümayəndə heyətinin rəhbərinin birinci müavini Andrey Kostin gəlib.


Müəllif: Səxavət

Oxşar xəbərlər